“Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə məruz qaldığı hadisədə İsrail ABŞ-ın dəstəyindən yararlanıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov deyib.
“Məncə, əsas səbəb İsrail tərəfinin hazırkı vəziyyətdə özünü tamamilə məsuliyyətsiz aparan ABŞ-ın qeyd-şərtsiz dəstəyindən bəhrələnməsidir”, – diplomat vurğulayıb.