Xəbərlər

Çin İsrailin Livana hücumunu pisləyib

Çin hakimiyyəti İsrailin Livan ərazisinə endirdiyi zərbələri pisləyib və gərginliyi azaltmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian söyləyib.

“Çin mülki şəxslərə zərər vuran istənilən hərəkəti pisləyir və mövcud vəziyyətlə bağlı dərin narahatlığını ifadə edərək, sakitliyi və təmkinliyi qorumağa, gərginliyin daha da artmasına yol verməməyə çağırır”, – o brifinqdə qeyd edib.