Xəbərlər

İran: ABŞ İsrailə yaşıl işıq yandırıb

“ABŞ İsrailin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qətlə yetirmək planlarından xəbərdar olub və onların həyata keçirilməsinə icazə verib”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətib deyib.

“Birləşmiş Ştatlar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sionist işğalçılar tərəfindən həyata keçirilən qətlinə yaşıl işıq yandırıb”, – İsmail Xətib söyləyib.