Xəbərlər

Türkiyə öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi respublika vətəndaşlarını regionda hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Livanı tərk etməyə və mütləq zərurət olmadığı təqdirdə bu ölkəyə səfər etməməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib.

“Vətəndaşlarımıza Livana səfər etməmək tövsiyə olunur. Nabatieh, Cənubi Livan, Bekaa və Baalbek-Hermel əyalətlərini lazımsız yerə ziyarət etməmək xahiş olunur”, – deyə Xarici İşlər Nazirliyi bildirib.