Xəbərlər

Ərdoğan İnstaqrama giriş qadağası ilə bağlı açıqlama verib

“İnsan hüquqlarını qoruyub inkişaf etdirmək, onu mənfi təsirlərdən qorumaq sosial sülhün təminatıdır. Ətrafımızda baş verən prosesləri izləyirik. Beynəlxalq sistemdə ciddi bir güc boşluğu var”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Ümumi Qərargahında İnsan Haqları Təhsil Proqramındakı açıqlamasında bildirib.

“Hamımızı qorxutmalı olan qan, qəddarlıq, müharibə və qarşıdurma səhnələri adi hala çevrilib. Bəşəriyyətin müəyyən etdiyi normalar təhlükəsizliyini gündən-günə itirməkdədir. Biz qaydalara əsaslanan sistemin dağılmasının şahidi oluruq. Mənfi tendensiyanın aradan qaldırılması üçün heç bir addım atılmır. Nə İraqın işğalından, nə də Rusiya-Ukrayna müharibəsindən lazımi dərslər alınmadı. Qlobal sistemə ədalət ətrafında yenidən baxılması və insan hüquqlarının, o cümlədən yaşamaq hüququ pozuntularının qarşısının alınması üçün heç bir səy göstərilməyib. Bu laqeydlik qarşısında yaranan hər böhran əvvəlkindən daha pis durumdadır. Qəzza böhranı ilə qlobal sistem iflasa uğradı. Qəzza bütün dünyada maskaları açdı və onilliklər ərzində bizə nümunə olaraq göstərilən qurumların içinin nə qədər boş olduğunu açıq şəkildə ortaya qoydu”, – Ərdoğan bildirib.