İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani bölgədə gərginliyin artmasını istəmədiklərini, lakin ölkəsinin İranın və regionun təhlükəsizliyinə təhdid yaradan İsrailə qarşı cəzalandırıcı addım atmasının da qaçılmaz olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kənani özü jurnalistlərə açıqlamasında söyləyib.
“İranın bölgədə gərginliyin artmasını istəməməsinə baxmayaraq, İsrail bölgəni təhdid etməkdə davam edir. İran həm öz, həm dost və müttəfiqlərinin, həm də regionun təhlükəsizliyinə biganə qala bilməz”,- Nasir Kənani qeyd edib.