Xəbərlər

Aİ Şurası Kiyevə yardım ayrılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya dəstək fondundan Kiyevə təxminən 4,2 milyard avro ayrılması ilə bağlı Aİ səfirlərinin daha əvvəl razılaşdığı qərarı təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa İttifaqının müddətli sədri olan Macarıstan tərəfi məlumat yayıb.

“Bu qərar Ukraynanın makro-maliyyə sabitliyini və bu ölkə administrasiyasının fəaliyyətini dəstəkləmək məqsədi daşıyır”, – bəyanatda bildirilib.