Xəbərlər

Qəzzada ölənlərin sayı 40 minə yaxınlaşıb

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində daha 30 fələstinli həyatını itirib, 66 fələstinlinli isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 7-dən etibarən İsrail-Qəzza münaqişəsində ölənlərin sayı 39 min 653-ə, yaralıların sayı isə 91 min 535-ə yüksəlib.