Xəbərlər

Hakan Fidan Qərbi Qəzza məsələsində ikiüzlülükdə ittiham edib

“Biz Qərbin Qəzza ilə bağlı mövqeyində qorxunc ikiüzlülüyünü müşahidə edirik, fələstinlilərin məruz qaldığı hücumlar cinayətdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan söyləyib.

Fidanın fikrincə, Qəzza böhranı dünya nizamının zəifliyini üzə çıxarıb.

“Qərb ölkələri Qəzzada baş verənlər fonunda sınaqdan çıxa bilməyiblər. Türkiyə Fələstini tanıyan dövlətlərin siyahısına qoşulan İrlandiya, İspaniya, Norveç və Sloveniyanın mövqeyini yüksək qiymətləndirir. Ümid edirəm ki, bu prinsipial mövqe digər Qərb ölkələrini də ruhlandıracaq”, – Fidan bildirib.