Xəbərlər

Zelenski hərbi vəziyyəti daha üç ay uzadıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün uzadılması haqqında qəbul etdiyi qanunları imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Parlamentinin saytı məlumat yayıb.

Qeyd edilib ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.