Litvada “Qayziunai” hərbi poliqonunda və üç bələdiyyənin ərazisində taktiki səhra təlimləri başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.
“Qayziunai” poliqonunda, eləcə də Jonav, Kedain və Kaişiadory rayonlarındakı mülki ərazilərdə “Arşus Vilkas” təlimi keçiriləcək”, – məlumatda bildirilib.
Qeyd edilib ki, təlimlər avqustun 14-dək davam edəcək.