Xəbərlər

ABŞ: Hərbi əməliyyatlarla bağlı qərarları Ukrayna özü verməlidir

“Ukrayna tərəfi hərbi əməliyyatların xarakteri ilə bağlı müstəqil qərar qəbul etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ administrasiyasının mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

Patel həmçinin iddia edib ki, ABŞ-ın Ukraynadan Rusiya ərazisinin dərinliklərinə doğru zərbələr endirilməsi ilə bağlı Vaşinqtonun mövqeyi dəyişməyib.

O, Kiyevin Rusiya ərazisinə hücumlar üçün “ATACMS” raketlərindən istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması perspektivləri ilə bağlı sualı belə cavablandırıb: “Mövqemizin dəyişməməsi istisna olmaqla, ukraynalı tərəfdaşlarla özəl diplomatik təmaslarımızın təfərrüatlarına varmayacağam”.