Xəbərlər

İran İsraildən qisas almaq üçün heç kimdən icazə istəməyəcək

“Tehran öz suverenliyini müdafiə etmək hüququndan istifadə etmək üçün heç kimdən icazə istəməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani söyləyib.

“İran İslam Respublikası suverenliyini və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizm və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaq əzmindədir və hüquqlarından istifadə etmək üçün heç kimdən icazə istəməyəcək”, – Kənani bildirib.