Xəbərlər

Yunanıstan Əmman və Təl-Əvivə uçuşların təxirə salınmasının vaxtını uzadıb

Yunanıstanın ən böyük hava gəmisi Aegean Airlines Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğv edilməsi qərarının avqustun 19-dək uzadıldığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Beyrut, Əmman və Təl-Əviv hava limanlarına uçuşların dayandırılması avqustun 13-də başa çatmalı idi.