Xəbərlər

ABŞ Türkiyədən İranı gərginliyi azaltmağa inandırmasını istəyir

“ABŞ hökuməti bütün müttəfiqlərini Yaxın Şərqdə gərginliyi azaltmaq üçün İrana təsir göstərməyə çağırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Cef Fleykin məlumat verib.

“Biz Türkiyə də daxil olmaqla, İranla hər hansı münasibəti olan bütün müttəfiqlərimizdən onları gərginliyi azaltmağa inandırmalarını xahiş edirik”, – o bildirib.

Fleykin əlavə edib ki, Türkiyə təmsilçiləri regionda eskalasiyanın olmayacağına əmindirlər, hazırda Türkiyə ilə ABŞ arasında münasibətlər son zamanlar heç vaxt olmadığı qədər yaxşı vəziyyətdədir.