İsveç və Norveç Müdafiə nazirlikləri Norveç Dövlət Dəmir Yolu İdarəsi Bane Nor ilə birlikdə 120-yə qədər vaqon alacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Norveç Dövlət Dəmir Yolu İdarəsi məlumat yayıb.
Satınalmada məqsəd ağır hərbi texnikanın, o cümlədən tankların daşınması imkanlarını artırmaqdır. Bu qərar İsveçin NATO-ya daxil olduqdan sonra nəqliyyat ehtiyaclarının artması ilə izah olunur.
“Saziş Norveç, İsveç və digər Avropa ölkələri ilə dəmir yolu ilə hərbi nəqliyyat imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması deməkdir”, – məlumatda bildirilib.