Çin hakimiyyəti Serbiya ilə iqtisadiyyat, idman və turizm sahələrində əlaqələri gücləndirəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü Şen Yikin deyib.
“Biz iqtisadiyyat, idman, turizm, sosial məsələlər də daxil olmaqla, bütün sahələrdə ikitərəfli əməkdaşlığı dərinləşdirəcək və davamlı dostluq əlaqələrini möhkəmləndirəcəyik”, – məlumatda qeyd olunub.