Xəbərlər

Lukaşenko: Belarusa təcavüz olarsa, Rusiya qoşun yeridəcək

“Əgər Belarusa təcavüz olarsa, Rusiya mövcud razılaşmalara uyğun olaraq hərbi dəstək vermək üçün öz bölmələrini ölkəyə göndərəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Rusiya Prezidenti 2023-cü il martın 25-də bəyan edib ki, Moskva Minskin tələbi ilə ABŞ-ın müttəfiqlərinin ərazisində etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Moskva nüvə silahı daşıya bilən “İsgəndər” raket sistemini Minskə təhvil verib və Belarus təyyarələrinin xüsusi döyüş sursatı daşıya bilməsi üçün yenidən təchiz edilməsinə yardım edib.

Belarus alimləri və pilotları Rusiyada müvafiq təlim keçiblər. 2023-cü il iyunun 16-da Putin ilk rus nüvə başlıqlarının Belarusa çatdırıldığını və bütün partiyanın 2023-cü ilin sonuna qədər çatacağını bildirdi. 2024-cü il aprelin sonunda Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın ölkədə onlarla nüvə silahı yerləşdirdiyini elan edib.Lukaşenko: Belarusa təcavüz olarsa, Rusiya qoşun yeridəcək

“Əgər Belarusa təcavüz olarsa, Rusiya mövcud razılaşmalara uyğun olaraq hərbi dəstək vermək üçün öz bölmələrini ölkəyə göndərəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Rusiya Prezidenti 2023-cü il martın 25-də bəyan edib ki, Moskva Minskin tələbi ilə ABŞ-ın müttəfiqlərinin ərazisində etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Moskva nüvə silahı daşıya bilən “İsgəndər” raket sistemini Minskə təhvil verib və Belarus təyyarələrinin xüsusi döyüş sursatı daşıya bilməsi üçün yenidən təchiz edilməsinə yardım edib.

Belarus alimləri və pilotları Rusiyada müvafiq təlim keçiblər. 2023-cü il iyunun 16-da Putin ilk rus nüvə başlıqlarının Belarusa çatdırıldığını və bütün partiyanın 2023-cü ilin sonuna qədər çatacağını bildirdi. 2024-cü il aprelin sonunda Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın ölkədə onlarla nüvə silahı yerləşdirdiyini elan edib.