Xəbərlər

Tramp: Harris prezident seçkilərində qalib gəlsə, ABŞ dağılacaq

Keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp vitse-prezident Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi halda, Birləşmiş Ştatların dağılacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp özü mətbuat konfransında deyib.

“Kamala Harris ölkəmiz üçün dəhşətli seçimdir. O, kommunistdir, həmişə kommunist olub və kommunist olaraq da qalacaq. Onun rəhbərliyi altında ABŞ çox tez dağılacaq. Biz buna imkan verməməliyik”, – Tramp qeyd edib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.