Xəbərlər

Çin Rusiya ilə yeddi saziş imzalayıb

Moskvada Rusiya-Çin Humanitar Əməkdaşlıq Komissiyasının 25-ci iclasından sonra Rusiya və Çin arasında təhsil, turizm, idman və bir sıra digər humanitar sahələr üzrə yeddi saziş imzalanıb.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının üzvü Şen Yiqin deyib.

Həmçinin qeyd edilib ki, iclasın yekunu olaraq təhsil, səhiyyə, gənclər siyasəti, idman, turizm, kinematoqrafiya və mədəniyyət sahələrində əməkdaşlığa dair alt komitələrin protokolları imzalanıb.

Bundan əlavə, əməkdaşlığın mütərəqqi və uğurlu inkişafı da qeyd edilib.