Xəbərlər

Yunanıstan Beyrut, Əmman və Təl-Əvivə uçuşların təxirə salınmasının vaxtını uzadıb

Yunanıstanın “Aegean Airlines” hava yolları şirkəti Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğv edilməsi qərarının avqustun 22-dək uzaldıldığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Aegean Airlines” məlumat yayıb.

Qeyd edək ki, şirkətin Beyrut, Əmman və Təl-Əviv hava limanlarına uçuşların dayandırılması qərarı avqustun 19-da başa çatmalı idi.