Xəbərlər

Çin Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır

“Xaotik beynəlxalq vəziyyətdə Çin və Rusiya Federasiyası arasında münasibətlərin inkişafında əldə edilən uğurlar onların sabitliyini və həyat qabiliyyətini əks etdirir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini He Lifenq söyləyib.

O qeyd edib ki, 2023-cü ildə Rusiya Federasiyası ilə Çin arasında ticarət dövriyyəsi təqribən 240 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə ciddi artım deməkdir.

Lifenq Pekin və Moskva arasında əlaqələrin son illərdə yeni səviyyəyə yüksəldiyi bir neçə sahəni sadalayıb və getdikcə çətinləşən geosiyasi vəziyyət qarşısında tərəflərin liderlərin əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi üçün əllərindən gələni etdiyini bildirib.