Xəbərlər

Bayden: Yalnız ABŞ dünya lideri ola bilər

“Yalnız ABŞ dünya lideri ola bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden söyləyib.

“Bu zarafat deyil, sözün əsl mənasında deyirəm, ABŞ-dan başqa kim dünyaya rəhbərlik edə bilər?” – Bayden bildirib.

“Donald Tramp Amerikanı uğursuz ölkə adlandırır, ancaq o Amerikadan uğursuz ölkə kimi danışarkən, bizim dünyaya göndərdiyimiz mesajı düşünün. Tramp uğursuz olduğumuzu deyir, ancaq bu tamamilə yalnışdır”, – Bayden bildirib.

“Amerika indi 2017-2021-ci illərdə Prezident olmuş Donald Trampın dövründə olduğundan daha təhlükəsiz və firavandır. Tramp həmişə olduğu kimi yalan danışmağa davam edir”, – ABŞ Prezidenti qeyd edib.