Xəbərlər

Qırğızıstan Prezidenti Rusiya səfirini qəbul edib

Qırğızıstan Prezidenti Sadır Japarov respublikanın Rusiyaya təyin olunmuş səfiri Kubanıçbek Bokontaevi qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bu gün, avqustun 20-də Qırğız Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kubanıçbek Bokontaevi qəbul edib, səfirə məsul diplomatik missiyasında uğurlar arzulayıb”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Prezident diplomatik missiyanın rəhbərinə Qırğızıstanla Rusiya arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, iqtisadi, ticarət, enerji, investisiya, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına üstünlük verməklə bağlı tapşırıqlar verib.