Xəbərlər

Çin Dövlət Şurasının Baş naziri Moskvaya səfərə gəlib

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Qianq çərşənbə axşamı Rusiyaya rəsmi səfərə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, səfər zamanı Li Qianq Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşəcək və dövlət başçısı Vladimir Putin tərəfindən qəbul ediləcək.

Tərəflərin hərtərəfli tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəyi, energetika, avtomobil sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə diqqət yetirəcəyi, həmçinin bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.