Xəbərlər

İsveçrə XİN: Rusiyanın diplomatik missiyası Cenevrəyə səfərdən imtina edib

İsveçrə Xarici İşlər Nazirliyi Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı diplomatik missiyasını avqustun 25-26-da Cenevrəyə qeyri-rəsmi səfərə dəvət edib, lakin Rusiya tərəfi bundan imtina edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) Kommunikasiyalar Şöbəsinin rəhbəri Nikolas Bidot bildirib.

“Dəvət Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının missiyalarına göndərilib. Rusiya missiyası hazırda Cenevrəyə getməyəcəyini açıqlayıb, qalan 14 heyətin gəlməsi gözlənilir”, – Nikolas qeyd edib.