Xəbərlər

İrəvanda Belarus səfirliyinə hücum edilib

“Respublika naminə” rusofob partiyasının nümayəndələri Belarusun İrəvandakı səfirliyinin binasına hücum edərək, Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatlarına etiraz ediblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Biz Ermənistandan Belarusla diplomatik münasibətləri kəsməyi və bu ölkənin səfirini arzuolunmaz şəxs elan etməyi tələb edirik”, – partiyanın lideri Arman Babacanyan bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin diplomatik nümayəndələri hücuma mane olmayıblar.

Qeyd edək ki, Belarus lideri bir müddət əvvəl “Rossiya 1” telekanalına müsahibəsində Ermənistanın Qərbdə heç kimə lazım olmadığını deyib.