“ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni nüvə müharibəsinə aparacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidentliyinə namizəd Ceyms Devid Vens deyib.
“Donald Tramp nüvə müharibəsinin qarşısını alan adamdır və əgər ehtiyatlı olmasaq, Kamala Harris bizi birbaşa nüvə müharibəsinə aparacaq”, – Vens bildirib.