Xəbərlər

Türkiyə Aİ Şurasının qeyri-rəsmi toplantısına dəvət olunub

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Avropa İttifaqı (Aİ) Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Brüsselə səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT” telekanalı məlumat yayıb.

“Biz bu dəvəti alqışlayırıq. Bu həm də Aİ-nın regional və qlobal çağırışlar qarşısında Türkiyə ilə münasibətlərinin inkişaf etdirilməsi zərurətini dərk etdiyinə işarədir. Münasibətlərdə irəliləyişə nail olmaq üçün Aİ ilə bütün sahələrdə əməkdaşlığımız və dialoqumuz vacibdir”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Aİ-nın xarici işlər və müdafiə nazirləri avqustun 29-30-da Brüsseldə Aİ Şurasının qeyri-rəsmi iclası üçün bir araya gələcəklər.