Xəbərlər

Cim Riş: Baydenin Ukrayna ilə bağlı strategiyası yoxdur

“ABŞ Prezidenti Co Baydenin administrasiyası ya Ukrayna strategiyasını Konqreslə bölüşmür, ya da sadəcə olaraq belə strategiya yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş deyib.

“Ukraynanı dəstəkləyən ABŞ qanunvericiləri bunu kor-koranə etmirlər və Bayden administrasiyasından Şimali Atlantika Müqaviləsi Təşkilatı çərçivəsində Kiyevə dəstək strategiyası hazırlamağı xahiş edirlər”, – o bildirib.

“Co Bayden və Kamala Harris təkcə bizə deyil, bütün Amerika xalqına bir strategiya təqdim etməlidirlər və onların hərəkətsizliyi strategiyanın olmadığını və ya bunu bölüşməkdən qorxduğunu göstərir”, – Riş qeyd edib.