Xəbərlər

Tbilisi meri: Gürcüstan Ukraynanın səhvlərini təkrarlamaq istəmir

“Gürcüstan sakinləri hazırda Ukraynada baş verənlərin respublikada təkrarlanmasını istəmirlər”.

“Füyuzat”ın məlumatına görə, bunu jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

“Hər kəs sülhün olmasını istəyir, məsələn, Ukraynada baş verən hadisələr fonunda emosional olaraq səhv etmək kimi bir lüksümüz yoxdur. Gələcək nəsillər bizi onilliklər geriyə aparacaq o səhvləri bağışlamayacaq”, – Kaladze bildirib.

Siyasətçi vurğulayıb ki, Gürcü Arzusu ölkədə sülhü və iqtisadi inkişafı qorumaq istəyən yeganə siyasi qüvvədir: “İnsanlar hələ də mövcud olan təhlükələri görürlər – sanksiyalar və “ikinci cəbhə”nin açılması üçün bu gün mövcud olan ictimai dəstək təsadüfi deyil”, – deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, 25 fevral 2022-ci ildə Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan edərək, bunu milli maraqlarla izah edib. Bu, Tbilisi ilə Kiyev arasında münasibətlərdə gərginliyə səbəb olub. 2022-ci ilin martında Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidəki səfir İqor Dolqovu Gürcüstan hakimiyyətinin mövqeyinə görə geri çağırıb.