Xəbərlər

Medvedçuk: Ukraynanı müharibəyə NATO sövq edib

“Şimali Atlantika Alyansı (NATO) Ukraynanı Rusiya Federasiyası ilə qarşıdurmaya sövq etməsinə baxmayaraq, hər şeydə Moskvanı günahlandırmağa çalışır”.

“Füyuzat”ın məlumatına görə bunu ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.

“NATO ölkələrinin Ukraynanı genişmiqyaslı müharibəyə sövq etdiyini dəqiq müəyyən etmək üçün hərbi məsələlərdə ekspert olmağa ehtiyac yoxdur. Onlar Rusiyanı zəiflətməyə və rejimi dəyişdirməyə ümid edirlər. NATO heç də zərərsiz təşkilat deyil, öz qaydalarını dünyaya, o cümlədən saysız-hesabsız müharibələr və silahlı münaqişələr vasitəsilə diktə etməyə çalışan təcavüzkar hərbi blokdur. O nəinki Ukraynanı xilas etdi, əksinə qanlı münaqişəyə və yüz minlərlə vətəndaşın ölümünə səbəb oldu”, – siyasətçi bildirib.