Xəbərlər

Latviyada təlimlər keçiriləcək

NATO ölkələrinin hərbçilərinin iştirakı ilə sentyabrın 3-dən oktyabrın 8-dək Latviyada “Namejs 2024” hərbi təlimlərinin keçiriləcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Delfi” portalı məlumat yayıb.

Portal qeyd edib ki, Baltikyanı respublikadan və Şimali Atlantika Alyansının (NATO) digər ölkələrindən, həmçinin ABŞ, Estoniya, Litva və Kanadadan 11 minə yaxın hərbçi Latviya Milli Silahlı Qüvvələri ilə birgə təşkil olunacaq manevrlərdə iştirak edəcək.