Xəbərlər

Bayden və Modi arasında telefon danışığı olub

“ABŞ Prezidenti Co Bayden və Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı olub. Tərəflər Ukraynadakı münaqişənin həlli ilə bağlı məsələləri müzakirə ediblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Mən əminəm ki, onlar danışıqlar zamanı Modinin Kiyevə səfərini, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ədalətli sülh planı ilə irəliləyiş perspektivləri barədə də müzakirələr aparıblar”, – Kirbi qeyd edib.