Xəbərlər

ABŞ: İsrail və Hizbullahın bir-birini vurmasından sonra müharibə riski azalıb

“İsrail və Livanın Hizbullah hərəkatının bir-birinə endirdiyi raket zərbələrindən sonra Yaxın Şərqdə silahlı qarşıdurma riski qısa müddət də olsa, azalıb”.

“Füyuzat” ın məlumatına görə, bunu ABŞ-ın Baş Qərargah rəisi Çarlz Braun deyib.

Braun qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İran İsrailə hücum planlarından hələ də əl çəkməyib və bu fakt regionda vəziyyətin gələcək inkişafı üçün həlledicidir.

“Siz bilirdiniz ki, baş verməli olan iki hadisə var. Onlardan biri İsrail və Hizbullah arasında raket zərbələri mübadiləsi idi ki, bu artıq baş verib. İndi hər şey ikinci hadisədən, yəni İranın İsrailə planlaşdırdığı hücumu necə edəcəyindən aslıdır”, – Braun bildirib.