İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində azı 41 nəfər həyatını itirib, 113 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, oktyabrın 7-dən etibarən İsrail-Fələstin münaqişəsində ölənlərin sayı 40 min 476-a, yaralıların sayı isə 93 min 647-ə yüksəlib.