Xəbərlər

Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçiriləcək

Qazaxıstan hökuməti ölkədə atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsinin keçirilməsi haqqında qərar qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kommersant” məlumat verib.

Prezident Qasım-Jomart Tokayev atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumun 2023-cü ilin sentyabrında keçirilməsini təklif edib.

Qeyd edilib ki, atom elektrik stansiyasının Balxaş gölünün sahilində tikilməsi planlaşdırılır. Layihənin dəyəri 10-15 milyard dollar həcmində qiymətləndirilib.