Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ilə görüşündə Çin-ABŞ əlaqələrini daha da inkişaf etdirməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Hər iki tərəf qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərini dəstəkləyərək, ölkə başçılarının əldə etdiyi konsensusu həyata keçirməli və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafına kömək etməlidir”, – məlumatda bildirilib.
Qeyd edilib ki, Sallivanın Çinə səfəri avqustun 29-dək davam edəcək.