Xəbərlər

İsrail İslami Cihadın səhra komandirini öldürüb

İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədi yaxınlığında Fələstinin İslami Cihad qruplaşmasının komandiri Faris Qasımı öldürüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Qeyd edlib ki, Faris Qasım Suriya və Livanda İslami Cihad üçün əməliyyat planlarının hazırlanmasına cavabdeh şəxs olub və o, radikal təşkilatın idarəçiliyində yüksək mövqe tutub.