Xəbərlər

Rusiya XİN: Bayden İranın nüvə sazişinə qaytarmaq vədlərini yerinə yetirməyib

“ABŞ Prezidenti Co Bayden İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq vədlərini yerinə yetirməyib”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Vaşinqton danışıqlardan əl çəkib və birgə razılaşmaların həyata keçirilməsi üzərində işləmək fikrində olmadığını bir daha bəyan edib.
Əslində, Co Bayden administrasiyası bir daha Amerikanın JCPOA-ya qaytarılması ilə bağlı seçki vədlərini yerinə yetirməkdə aciz olduğunu etiraf edib, baxmayaraq ki, Ağ Evə məhz bu vədlər əsasında daxil olub”, – Mariya Zaxarova bildirib.