Çin Müdafiə Nazirliyi Vaşinqtonu Cənubi Çin dənizindəki ərazi mübahisələri səbəbindən Çin və Filippin arasında münasibətləri gərginləşdirməkdə günahkar hesab edib.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian brifinqdə deyib.
“ABŞ vəziyyətin gərginləşməsinin əsas günahkarı və Cənubi Çin dənizində sülh və sabitliyin əsas məhvedicisidir. ABŞ-ın dəstək və təhriki nəticəsində Filippin regionda daim təxribatlar törədir”, – Vu Qian bildirib.