Xəbərlər

Tramp Harrisi 2 faiz üstələyib

Keçmiş ABŞ Prezidenti, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi ABŞ-ın vitse-prezidenti Kamala Harrisi 2 faiz üstələyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Amerikanın “Rasmussen Reports” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri barədə məlumatda bildirilib.

Qeyd edilib ki, sorğu iştirakçılarının 48%-i Trampı, 46%-i Harrisi dəstəkləyib. Sorğu iştirakçılarının daha 3%-i isə seçimdə qərarsız qalıb, digər 3% başqa namizədlərə səs verib.