“ABŞ-ın Filippində orta mənzilli raketlər yerləşdirməsi regionda sülh və sabitliyi təhlükə altına qoyub”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian söyləyib.
“ABŞ və Filippinin bu addımı geosiyasi qarşıdurmaya səbəb oldu, regional gərginliyi artıraraq, sülh və sabitliyi pozdu”, – Cian deyib.