“Sentyabrın 1-də humanitar yardım daşıyan ən azı 208 yük maşını Qəzza zolağına daxil olub”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətinin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Məlumata görə, Qəzzaya 175 yük maşını Kerem Şalom, 33-ü isə Erez keçid məntəqəsi vasitəsilə daxil olub.
Qeyd edilib ki, Qəzzaya 2023-cü il oktyabrın 7-dən etibarən 976,1 min tondan çox humanitar yardım gətirilib, bunun 751 min 11 tonunu ərzaq məhsulları təşkil edib.