Xəbərlər

İsrail HƏMAS-ı hədələyib

İsrailin xarici işlər naziri İsrail Katz Qəzza zolağında altı girovun ölümünə görə bütün məsuliyyətin HƏMAS hərəkatında olduğunu qeyd edib və sərt cavab vermək niyyətində olduqlarını bildirib.

“Füyuzat”ın məlumatına görə, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“HƏMAS terror təşkilatı qorxu toxumu səpmək və İsrail cəmiyyətini parçalamağa çalışmaq üçün altı girovu vəhşicəsinə edam edib. İsrail bu iyrənc cinayətə bütün gücü ilə cavab verəcək. HƏMAS buna görə məsuliyyət daşıyır və bunun əvəzini artıqlaması ilə ödəyəcək”, – nazir bildirib.