Xəbərlər

İsrail İordan çayının qərb sahillərinə basqınlar edib

İsrail ordusu İordan çayının qərb sahilindəki şəhər və qəsəbələrə basqınlar edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail hərbçiləri Hebron, Bet-Lexem, eləcə də Əl-Azza qaçqın düşərgəsindəki küçələri bağlayıb və evlərə basqın edib.

Təlafat və dağıntılar barədə əlavə məlumat verilməyib.