Xəbərlər

Rada Ukrayna Baş nazirinin müavininin istefasını təsdiqləyib

“Ali Rada Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişinanın istefasını təsdiqləyib”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak deyib.

“Olqa Stefanişinanın Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə Baş nazirinin müavini vəzifəsindən azad edilməsinə 241 deputat səs verib”, – Jeleznyak bildirib.

Qeyd edilib ki, Stefanişinan sentyabrın 5-də Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunacaq və Avropaya inteqrasiya məsələlərinə nəzarəti davam etdirəcək.