Yaponiya və Avstraliya Hindistan, Filippin və Koreya Respublikası da daxil olmaqla Hind-Sakit okean regionundakı tərəfdaşları ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Minoru Kihara deyib.
“Biz həmfikir ölkələr arasında tərəfdaşlığı inkişaf etdirmək üçün Hindistan, Filippin və Cənub-Şərqi Asiya ölkələri, eləcə də Sakit okean ada dövlətləri və Koreya Respublikası ilə işləyəcəyik”, – məlumatda bildirilib.
Qeyd edilib ki, görüş zamanı tərəflər bir sıra regional məsələləri, o cümlədən Cənubi Çin və Şərqi Çin dənizlərində, Tayvan boğazında və Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) vəziyyəti müzakirə ediblər.