Xəbərlər

NYT: Qəzzada atəşkəs danışıqları fikir ayrılıqlarına görə dayanıb

“İsrail hakimiyyəti və HƏMAS hərəkatının rəhbərliyi əsirlərin mübadiləsi və anklavın cənubundan qoşunların Filadelfiya dəhlizi boyunca yerləşən ərazilərdən çıxarılması ilə bağlı razılığa gələ bilmədiyi üçün Qəzza zolağında atəşkəs elan edilə bilmir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” adı açıqlanmayan Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Vaşinqton Qətər və Misirdən olan vasitəçilərlə birlikdə İsrail və HƏMAS arasında vəziyyətin nizamlanması üçün yekun təklifin hazırlanmasını sentyabrın 5-dən gec olmayaraq başa çatdırmağı gözləsə də, razılaşmanın əvvəlki şərtlərinə uyğun son nəticə əldə etmək mümkün olmayıb.