Xəbərlər

İran: ABŞ başqa ölkələrin daxili işlərinə qarışmaqda liderdir

“ABŞ suveren dövlətlərin daxili işlərinə qeyri-qanuni müdaxilə etməkdə liderdir və başqa ölkələri bunda ittiham etməyə haqqı yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani deyib.

“Digər müstəqil dövlətlərin daxili işlərinə qeyri-qanuni müdaxilədə lider olan ABŞ hökuməti bu məsələdə başqalarını günahlandıraraq, öz daxili problemlərini və böhranlarını digər ölkələrin üzərinə ata bilməyəcək”, – məlumatda bildirilib.